isp. quinta columna – beşinci kolon
1. İspaniyada vətəndaş müharibəsi dövründə (1936–1939) fəaliyyət göstərən general Frankonun agenturası.
B.K. İspaniya Respublikası ərazisində çaxnaşma yaratmaqla, sabotaj, casusluq və təxribatla məşğul olub. Terminin müəllifi vətəndaş müharibəsinin gedişində frankoçuların ordusuna komandanlıq etmiş general Emilio Mola hesab olunur.
2. Müasir dövrdə dövlətin daxilində xarici qüvvələrin maraqlarına xidmət edən (həqiqi və ya təbliğat məqsədilə uydurulmuş) qruplara verilən ad.
Tarix terminləri lüğəti