1. İnsanları qida məhsulları, heyvanları yem, sənayenin bir çox sahələrini bitki mənşəli xammalla təmin etmək üçün bitkilər yetişdirən fundamental kənd təsərrüfatı sahəsi.
B. özü bir çox böyük sahələrə bölünür: tarlaçılıq (taxıl, texniki bitkilər, yem bitkiləri), tərəvəzçilik, meyvəçilik, meşəçilik, gülçülük və s. B. məhsullarından kimya, yeyinti, yağ-piy sənayelərində, yüngül sənayedə, əczaçılıqda, toxuculuqda və s.-də geniş istifadə olunur.
2. Mədəni bitkiləri, onların becərilmə, məhsuldarlığının artırılma, xəstəliklərdən qorunma üsullarını öyrənməklə, yeni bitki növləri yaratmaqla məşğul olan elm sahəsi.
Coğrafiya terminləri lüğəti