Reklam
Reklam

Etimologiya lüğəti

biz

Qırğız dilində bu söz şibiğə (şibətə) kimi işlədilir. Şiş sözü ilə əlaqələndirilir və ucu iti kimi açıqlanır. Bizdə, məncə, “biçmək” anlamı ilə bağlıdır, “kəsən”, “deşən” deməkdir. Sözün tarixi kökü “kəsmək”, “deşmək” mənasını verən bi olub. Bi kəl­mə­­sindən də biçmək feili, biz ismi əmələ gəlib. Biz indi “deşmək” mənasını əks et­dirir. Başqa bir ehtimala görə biz buynuz sözünün dəyişmiş formasıdır. Qa­baq­lar biz yerinə, buynuzdan istifadə olunub. Birinci daha inandırıcı variantdır. Ya­kut­lar buna “burkeç” deyirlər (“şilo”mənasında). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti