ing. weblog < ing. web – tor, şəbəkə + yun. log(os) – söz + yun. sphaira – kürə
Şəbəkədəki bütün bloqların cəmi.
B. anlayışı «noosfer» (biosferin təkamülünün insan ağlı və fəaliyyətinin əsas rol oynadığı müasir mərhələsi) kimi terminlərə analoji olaraq yaradılıb. Bəzən bu anlayış çox geniş mənada işlədilir və bütünlükdə sosial şəbəkəyə aid edilir. Dünyada bir-biri ilə əlaqəsi olan, bir-birinə istinad edən, şərh verən on milyonlarla bloq mövcuddur. Onlar bütün dünyanı əhatə edən dinamik «informasiya örtüyü» yaradır. B. ictimai fikrin, qlobal sosial tendensiyaların və memlərin öyrənilməsi, araşdırılması üçün böyük imkanlar açır.
Jurnalistika terminləri lüğəti