Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

bloqosfer

ing. weblog < ing. web – tor, şəbəkə + yun. log(os) – söz + yun. sphaira – kürə

Şəbəkədəki bütün bloqların cə­mi.

B. anlayışı «noosfer» (biosferin təka­mü­lünün insan ağlı və fəaliyyətinin əsas rol oynadığı müasir mərhələsi) kimi ter­min­lərə analoji olaraq yaradılıb. Bəzən bu ­an­layış çox geniş mənada işlədilir və bü­tünlükdə sosial şəbəkəyə aid edilir. Dün­yada bir-biri ilə əlaqəsi olan, bir-birinə istinad edən, şərh verən on milyonlarla bloq mövcuddur. Onlar bütün dünyanı əhatə edən dinamik «informasiya örtüyü» yaradır. B. ictimai fik­rin, qlobal sosial ten­densiyaların və mem­lərin öyrə­nil­məsi, araşdırılması üçün böyük imkanlar açır.

Jurnalistika terminləri lüğəti