Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

blutuz

ing. blue – göy + ing. tooth – diş

1. Kompüterlər, mobil telefonlar, digər elektron avadanlıqlar arasında yaxın məsa­fədən naqilsiz rabitə yaratmaq imkanı ve­rən texnologiya, texniki standart.

Bu texnologiya uzun axtarışlardan sonra 1990-cı illərdə ixtira edilib, onun adı isə X əsrdə Danimarkanın dağınıq tayfalarını birləş­dir­miş kral I Haraldın ləqəbindən («Blatand» – ingilis dilində «Bluetooth») götürülüb. 1997-ci ildə texniki standarta B. adını təklif edərkən İntel korpo­rasi­yasının mühən­disi Cim Kardaç məhz onun bir­ləş­dirici funksiya yerinə yetirdiyini nə­zərdə tutub.

2. Kompüterlər, mobil telefonlar, ­di­gər elektron avadanlıqlar arasında ya­xın məsa­fədən naqilsiz radio əlaqəsi.

B. ən müxtə­lif elektron cihazlar arasında ra­di­osiqnallar vasitəsilə sürətli, keyfiyyətli və ödənişsiz informasiya mübadiləsini təmin edir.

Jurnalistika terminləri lüğəti