ing. blue – göy + ing. tooth – diş
1. Kompüterlər, mobil telefonlar, digər elektron avadanlıqlar arasında yaxın məsafədən naqilsiz rabitə yaratmaq imkanı verən texnologiya, texniki standart.
Bu texnologiya uzun axtarışlardan sonra 1990-cı illərdə ixtira edilib, onun adı isə X əsrdə Danimarkanın dağınıq tayfalarını birləşdirmiş kral I Haraldın ləqəbindən («Blatand» – ingilis dilində «Bluetooth») götürülüb. 1997-ci ildə texniki standarta B. adını təklif edərkən İntel korporasiyasının mühəndisi Cim Kardaç məhz onun birləşdirici funksiya yerinə yetirdiyini nəzərdə tutub.
2. Kompüterlər, mobil telefonlar, digər elektron avadanlıqlar arasında yaxın məsafədən naqilsiz radio əlaqəsi.
B. ən müxtəlif elektron cihazlar arasında radiosiqnallar vasitəsilə sürətli, keyfiyyətli və ödənişsiz informasiya mübadiləsini təmin edir.
Jurnalistika terminləri lüğəti