Reklam
Reklam

Tarix terminləri lüğəti

brander

alm. brand – yanğın, yanma

Düşmən gəmilərini yandırmaq üçün yanar və partlayıcı maddələrlə yüklənən köhnə gəmi.

Yandırılaraq külək və ya axın istiqamətində düşmən donanmasına istiqamətləndirilən (çox vaxt gecə və yaxud dumanlı havada) B., gəmilərlə toqquşaraq yanğın və partlayış törədib. Döyüş vasitəsi kimi ondan XVII əsrdən başlayaraq yelkənli donanmalar dönəmində istifadə olunub.

Tarix terminləri lüğəti