Reklam
Reklam

Tarix terminləri lüğəti

Britaniya

lat. Britannia

Müasir İngiltərə, Şotlandiya və Uelsin yerləşdiyi ərazinin ən qədim adlarından biri.

Sözün mənşəyi V əsrədək həmin ərazinin (adanın) əsas əhalisini təşkil etmiş britlərlə əlaqələndirilir. B. adı Roma işğalı (I əsr) və Roma imperiyasının bu ad altında yeni əyalətinin yaradılması nəticəsində təşəkkül tapıb. İlk öncə Fransadan şimaldakı bütün adalara B. deyilib, sonralar sözün müasir anlamı formalaşıb.

Tarix terminləri lüğəti