Reklam
Reklam

Etimologiya lüğəti

burğu

Burmaq feilindən əmələ gəlib. Sancıya da “buru” deyirlər. Hər ikisi eyni kökə malikdir. Ruslardakı бурение kəlməsi də bizdən keçib. Burulğan kəlməsi də “bur­maq” mənası ilə əlaqədardır, suyun burulduğu yerdir, girdabdır. Bur­xul­maq, bur­cut­maq da yuxarıdakılarla qohumdur. M.Fasmer rus dilindəki бурить məsdərini alman və ya holland dillərinin biri ilə bağlayır və səhv edir, amma burav sözünü açıq­layarkən səhvini düzəldərək yazır ki, bu (burav), türk dillərindən ruscaya keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti