Burmaq feilindən əmələ gəlib. Sancıya da “buru” deyirlər. Hər ikisi eyni kökə malikdir. Ruslardakı бурение kəlməsi də bizdən keçib. Burulğan kəlməsi də “burmaq” mənası ilə əlaqədardır, suyun burulduğu yerdir, girdabdır. Burxulmaq, burcutmaq da yuxarıdakılarla qohumdur. M.Fasmer rus dilindəki бурить məsdərini alman və ya holland dillərinin biri ilə bağlayır və səhv edir, amma burav sözünü açıqlayarkən səhvini düzəldərək yazır ki, bu (burav), türk dillərindən ruscaya keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti