Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

burulğan

1. Havanın sütun və ya qıf formasında fırlanan hərəkəti.

B.-ın diametri bir neçə metrdən bir neçə 100 metrə çatır. Öz oxu ətrafında saniyədə 50-100 metr sürətlə fırlanır və bəzən 10-20 metr/san sürəti ilə yerini dəyişir. B. Yer səthinin kəskin qızması nəticəsində (məsələn, səhrada) atmosferdə havanın şaquli müvazinətinin pozulması nəticəsində əmələ gəlir. B.-ın mərkəzində olan alçaq təzyiq havanın, onunla birlikdə isə tozun, qumun yuxarı sovrulmasına, qum xortumu yaranmasına səbəb olur. Böyük dağıdıcı qüvvəyə malik B.-lar tutqun rəngdə olur, Yer səthindən buludlara qədər qalxır.

2. Suyun axında qapalı dairə üzrə fırlanan hərəkəti.

Su B.-ı çayların qarışması, yatağın genişlənməsi, axının hər hansı maneəyə rast gəlməsi, dənizlərdə və okeanlarda cərəyanların, qabarma və çəkilmə dalğalarının qarşılaşması nəticəsində yarana bilər. Su B.-larının əksəriyyəti kiçik olur, lakin suyun fırlanma sürəti böyük olduqda bəzən yüz metrlərlə dərinliyə enir, “qazan” adlanan sahələr yaradır; məsələn, Norveç yaxınlığında Malstrem B.-ında suyun fırlanma sürəti saatda 11 km-ə çatır. Belə yerlər naviqasiya üçün təhlükəlidir, B. suyun üzündəki kiçik gəmi və qayıqları sorub dərinliyə apara bilər. Su B.-ları üç qrupa bölünür: daimi, mövsümi və epizodik.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti