Mənbələrdə boğağı kimi göstərilib. Boğmaq (ehtimal ki, bu da bağlamaq) feili ilə qohumdur. Buxovluq (mənbələrdə bokağılıq kimi qeydə alınıb) sözü də mövcuddur: ayaqda buxovun bağlandığı yerə deyirlər. Mənbələrdə həmin sözün bağancaq forması da var. Ehtimal ki, “bağlanğıc” deməkdir. Deməli, buxov boğmaqla, buxovluq isə buxovun bağlandığı yerlə (bağanaq...) bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti