Reklam
Reklam

Etimologiya lüğəti

buxov

Mənbələrdə boğağı kimi göstərilib. Boğmaq (ehtimal ki, bu da bağlamaq) feili ilə qohumdur. Buxovluq (mənbələrdə bokağılıq kimi qeydə alınıb) sözü də mövcuddur: ayaqda buxovun bağlandığı yerə deyirlər. Mənbələrdə həmin sözün bağancaq forması da var. Ehtimal ki, “bağlanğıc” deməkdir. Deməli, buxov boğ­maqla, buxovluq isə buxovun bağlandığı yerlə (bağanaq...) bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti