Reklam
Reklam

Tarix terminləri lüğəti

cariyə

Xarici ölkələrdən qaçırılıb gətirilmiş, yaxud müharibələrdə əsir götürülmüş, hüquqlardan məhrum, alınıb-satıla bilən və sahibinin hər istəyini yerinə yetirməli olan kölə qadın, kəniz.

İslamiyyətdən öncə ərəblərdə yayılmış cariyəlik sistemi daha sonra bütün müsəlman dünyasında qəbul olunub. Orta əsrlərdə Yaxın Şərq ölkələrində saraylarda və zəngin adamların evlərində C.-lər saxlanılıb. Osmanlı dövlətində bu cariyəlik yalnız XIX əsrin ortalarında ləğv olunub. Şəriət kəbin kəsdirməklə C. ilə evlənməyə icazə verib.

Tarix terminləri lüğəti