Çayın başlanğıcını götürdüyü yer.
Ç.M. dağ buzlağı, göl, bataqlıq, bulaq və s. ola bilər. Məsələn, Amudərya Mərkəzi Asiya buzlaqlarından, Dneprin sağ qolu olan Pripyat çayı Pripyat bataqlığından, Azərbaycanın bir sıra çayları bulaqlardan başlayır. Bəzən bir böyük çayın mənbəyi iki nisbətən kiçik çayın qovuşduğu yer sayılır. Misal üçün, Ob çayı Biy və Xatun çaylarının Altayda birləşməsindən yaranır. Mənbəyi dəqiq müəyyənləşdirilməyən çaylar da çoxdur, o cümlədən dünyanın ən böyük iki çay sistemindən biri olan qədim Nilin mənbəyi indiyədək mübahisəlidir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti