Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

cəbr ərəb

Zor, zülm, əziyyət.

Cəbrinə siz baxın çərxi-qəhharın,

Zülmünü artırdı mən dil-əfkarın,

Cəfasın mən çəkdim gülüzlü yarın,

Axır nəsib etdin xoryada, fələk!

                                   (“Əsli və Kərəm”)

                              *

– Ya rəbbi, al əmanətivi, daha cəbrə taqətim yoxdur. (“Arzı-Qənbər”)

Azərbaycan dastanlarının leksikası