Şiə məzhəbi.
Bu məzhəb «On iki imam şiəliyi», «İmamiyyə» və yaxud «İmamilik» də adlanır. C. şiələrin altıncı imamı olan Cəfəri-Sadiqin (təxminən 700–765) adından götürülüb. Həmin dönəmdə imamın tərəfdarları cəfərilər adlandırılıb. C. təliminin əsasında müqəddəs hesab olunan 12 imamın kultu durur. Həmin təlimə görə, məhz 12 imamın sayəsində islamın ilkin saflığını toxunmaz saxlamaq mümkün olub. C. islamda yeganə məzhəbdir ki, müvəqqəti nikaha (siğəyə) icazə verir. XVI əsrdə Səfəvi sülaləsinin hakimiyyəti zamanı C. İranın rəsmi dini elan olunub. Hazırda o, şiə təriqətinə mənsub olanların böyük əksəriyyətini – təqribən 80%-ni əhatə etməklə İranda, İraqda və Bəhreyndə daha geniş yayılıb. Azərbaycanda şiə müsəlmanların, demək olar, hamısı C. məzhəbinin tərəfdarlarıdır.
Tarix terminləri lüğəti