ing. gentlemen < lat. gentilis – əsil-nəcabəti olan adam, nəcib şəxs
Böyük Britaniya və digər ingilisdilli ölkələrdə kübar cəmiyyətin əxlaq kodeksinə ciddi əməl edən alicənab şəxs.
Geniş mənada «yaxşı tərbiyə görmüş adam» anlamında işlənir. Terminin mənasının necə sürətlə dəyişdiyini XIX əsrin ingilis lüğətləri və ensiklopediyalarından görmək mümkündür. 1815-ci ildə Britannika ensiklopediyasının beşinci nəşrində ona belə izah verilmişdi: «C. – titulu olmasa da, öz şəxsi gerbinə malik, əcdadları azad insanlar olmuş şəxsdir». Yarım əsr sonra həmin kitabın səkkizinci nəşrində izah xeyli genişləndirilmişdi: «C. – statusu adi ticarətlə məşğul olan şəxslərin statusundan yüksək olan, maneraları ağlına və nəcabətinə dəlalət edən bütün kişilərə nəzakət xatirinə müraciət formasıdır».
Həmçinin bax:
Tarix terminləri lüğəti