1. Dəridə, əksərən üzdə əmələ gələn qəhvəyi və ya sarımtıl rəngli xırda ləkələr, çillər; ləkə, xal. □ ..üzündə çopura oxşayan çil vardı. (Mir Cəlal).
2. Sifət kimi: müəyyən rəngdə olan heyvanların, əksərən quşların tükləri içində başqa rəngdə xırda ləkələr, xallar. □ Çil xoruz.
3. Parça üzərində, əksərən dairəvi şəkildə olan başqa rəngli xırda xallar. □ Parçanın çilləri.
Zoologiya. Tetraquşular ailəsindən ala-bəzək kiçik meşə quşu.
Botanika. Kökümsovlu çoxillik ot bitkisi.
Azərbaycan dilinin izahlı lüğəti