Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

çil1 [çil] isim

1. Dəridə, əksərən üzdə əmələ gələn qəhvəyi və ya sarımtıl rəngli xırda ləkələr, çillər; ləkə, xal...üzündə çopura oxşayan çil vardı. (Mir Cəlal).

2. Sifət kimi: müəyyən rəngdə olan heyvanların, əksərən quşların tükləri içində başqa rəngdə xırda ləkələr, xallar.Çil xoruz.

3. Parça üzərində, əksərən dairəvi şəkildə olan başqa rəngli xırda xallar.Parçanın çilləri.

çil2 [çil] isim

Zoologiya. Tetraquşular ailəsindən ala-bəzək kiçik meşə quşu.

çil3 [çil] isim  

Botanika. Kökümsovlu çoxillik ot bitkisi.

Azərbaycan dilinin izahlı lüğəti