Sintaktik, üslubi və mənaca əhəmiyyətinə görə cümlə üzvlərinin bir-biri ilə əlaqəli şəkildə növbələşməsi.
Qrammatik normanın tələbinə görə, cümlədə mübtəda əvvəl, xəbər sonda gəlir. Tamamlıq və zərflik xəbərdən əvvəl gəlir. Təyin isə aid olduğu üzvün əvvəlində işlənir. Cümlədə söz sırasının dəyişməsi nəticəsində cümlə üzvlərinin sintaktik funksiyası, eləcə də cümlənin ifadə etdiyi fikir də dəyişə bilər; məs.: Qulu dostu üçün hədiyyə aldı – Dostu Qulu üçün hədiyyə aldı.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti