Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

cümlədə söz sırası

Sintaktik, üslubi və mənaca əhə­miy­yətinə görə cümlə üzvlərinin bir-biri ilə əlaqəli şəkildə növbələşməsi.

Qrammatik normanın tələbinə görə, cüm­lədə mübtəda əvvəl, xəbər sonda gəlir. Tamamlıq və zərflik xəbərdən əvvəl gəlir. Təyin isə aid olduğu üzvün əvvəlində işlənir. Cümlədə söz sırasının dəyişməsi nəticəsində cümlə üzvlərinin sintaktik funksiyası, eləcə də cümlənin ifadə etdiyi fikir də dəyişə bilər; məs.: Qulu dostu üçün hədiyyə aldı – Dostu Qulu üçün hədiyyə aldı.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti