Reklam
Reklam

Tarix terminləri lüğəti

daosizm

çin. dao (tao) – yol

Şərqdə, uzun müddət başlıca olaraq Çində yayılmış, itaətkarlıq və möminlik təlqin edən dini, fəlsəfi, etik təlim.

D. əsası onun yaradıcısı sayılan Lao-tszının (e.ə. V–IV əsrlər) tərtib etdiyi prinsiplərdən (mətnlərdən), «əşyaların (cisimlərin) yolu», ölümsüzlük və s. haqda təsəvvürlərdən ibarətdir. Bu təlimdə “dao” həyatın yaradıcısı, ilkin şərti və mahiyyəti, həmçinin onun rəngarəngliyinin mənbəyi sayılır. D.-in Allahlar panteonunu müqəddəs üçlük – Şan-di, Lao-tszı və Pan-qu təşkil edir, təlimin başlıca prinsipləri isə Lao-tszının “Dao de tszin” kitabında təsvir olunur. D.-də buddizm, konfusiçilik və mistika elementləri öz əksini tapıb.

Tarix terminləri lüğəti