Reklam
Reklam

Tarix terminləri lüğəti

dəhyek

fars. dəhyek – ondabir < dəh – on + yek – bir

Orta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda kəndlilərdən natura formasında alınan vergi.

XIII əsrdən tətbiq edilən D. bütün məhsulun (taxıl, düyü, meyvə və s.) təqribən 1/10-i həcmində olub və XIX əsrin sonunadək yığılıb. Azərbaycanda xanlıqlar dövründə bu adda vergiyə yalnız Qubada rast gəlinib, digər xanlıqlarda isə o, malcəhət, bağbaşı və s. adlar altında toplanıb.

Tarix terminləri lüğəti