Reklam
Reklam

Tarix terminləri lüğəti

dəmirböyürlülər

XVII əsrin ortalarında İngiltərədə vətəndaş müharibəsi zamanı Oliver Kromvel tərəfindən formalaşdırılmış və yaxşı təlim görmüş süvari dəstələr.

Bu dəstələrin üzvləri zirehli libas geyiblər, xəncər və nizələrlə silahlanıblar. 60 könüllüdən ibarət ilk süvari dəstəsini Kromvel 1642-ci ildə yaradıb. 1643-cü ildə isə D. ümumi sayı 1100 nəfərə çatan 14 eskadrondan ibarət olublar. İntizamlı kral qoşunları ilə döyüşlərdə D. dözüm, cəsarət və igidlikləri ilə fərqləniblər. Onlar parlament ordusunun əsasını təşkil ediblər.

Tarix terminləri lüğəti