Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

dəniz

Dünya okeanının quruya doğru irəliləmiş və ondan quru sahəsi, o cümlədən yarımada və adalarla qismən təcrid olunmuş hissəsi.

D.-lər okeanın digər sahələrindən suyunun fiziki-kimyəvi xassələri, meteoroloji və iqlim xüsusiyyətləri ilə fərqlənir. Coğrafi mövqeyinə görə D.-lər üç qrupa bölünür:

1. Daxili D.-lər (materiklərarası və materikdaxili).

2. Kənar D.-lər.

3. Adalararası D.-lər.

Daxili D.-lərə Ağ, Karib, Qırmızı D.-lər aiddir. Kənar D.-lər (Kara, Barens, Oxot və s.) materiklərin sualtı davamı olan və dərinliyi, adətən, 200 m-i keçməyən şelf zonasında yerləşir. Adalararası D.-lər isə əksər hallarda materiklərdən uzaqda, adalar arasında yerləşir – məsələn, Fici, Sulavesi, İrland D.-ləri və s.

Coğrafiya terminləri lüğəti