yun. dys – çətin, az + yun. trophe – qida
Qida maddələri çatışmayan, bitki və heyvan orqanizmlərinin çox az olduğu göl.
D.G.-də sulfatlar üstünlük təşkil edir, kalsium və maqnezium duzları isə azdır. Burada suyun rəngi sarı və ya qəhvəyi olur. D.G.-lərə, əsasən, tayqa zonasının bataqlıq gölləri aiddir.
Coğrafiya terminləri lüğəti