Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

doşab fars

Üzüm, tut, əncir və s. meyvələrin şirəsinin qaynadılmasından hasil olan yeyinti məhsulu; bəkməz. (“Koroğlu” dastanının lüğəti)

 Koroğlu dedi:

 – Üzümü əzib şirəsini çıxardırıq, sonra onu tiyana töküb od üstə qoyuruq, o qədər qaynayır ki, axırda dörddə biri qalır. Çörəyi ona batırıb yeyirik.

Eyvaz dedi:

– Canın üçün, ay dedin ha, o doşabdı. (Paris nüsxəsi, 3-cü məclis)

Azərbaycan dastanlarının leksikası