Üzüm, tut, əncir və s. meyvələrin şirəsinin qaynadılmasından hasil olan yeyinti məhsulu; bəkməz. (“Koroğlu” dastanının lüğəti)
Koroğlu dedi:
– Üzümü əzib şirəsini çıxardırıq, sonra onu tiyana töküb od üstə qoyuruq, o qədər qaynayır ki, axırda dörddə biri qalır. Çörəyi ona batırıb yeyirik.
Eyvaz dedi:
– Canın üçün, ay dedin ha, o doşabdı. (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası