Çap kütləvi informasiya vasitələrinin buraxılış, radio və televiziya proqramlarının efirə çıxma tezliyi.
D.-inə görə media məhsulları gündəlik, həftəlik, aylıq, rüblük, yarımillik olur. İldə iki dəfədən az işıq üzü görən çap KİV dövri mətbu nəşrlərə aid edilmir. Dövri teleradio proqramları isə, adətən, ayda azı bir dəfə, əksər hallarda həftədə bir neçə dəfə efirdə olur.
Jurnalistika terminləri lüğəti