Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

dövrilik

Çap kütləvi informasiya vasitə­l­əri­nin buraxılış, radio və televiziya proqram­larının efirə çıxma tezliyi.

D.-inə görə media məhsulları gündəlik, həftəlik, aylıq, rüblük, yarımillik olur. İldə iki dəfədən az işıq üzü görən çap KİV dövri mətbu nəşr­lərə aid edilmir. Dövri teleradio proq­ramları isə, adətən, ayda azı bir dəfə, əksər hallarda həftədə bir neçə dəfə efirdə olur.

Jurnalistika terminləri lüğəti