Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əda1 [əda] isim ərəb

1. Tərz, tövr, üslub; özünü aparma tərzi, hərəkət tərzi; adət, xasiyyət. Usta bunu elə bir əda ilə dedi ki, Azad ona baxıb düşündü. (S.Rəhman).

2. Naz, qəmzə, şivə, şıltaq. İçəlim, badə verir ruhə qida; Varsın, olsun məzəmiz işvə, əda! (H.Cavid).
3. İddia, təşəxxüs. Bunun ədasına bax!
4. İş, əməl. Ədası başqa, sözü başqa.

əda2 [əda:] isim ərəb

1. Arxaizm. Əda etmək – vermək, ödəmək, ödəyib qurtarmaq. Əgər vədə tamamında borcumu əda etməsəm, girovdan məyusam. (Ə.Haqverdiyev).
2. Arxaizm. Əda etmək – yerinə yetirmək. □ .Öhdəmizə götürdüyümüz .. vəzifəni əda etməkdə bacarığımızı və səyimizi əsirgəməyəcəyiz. (C.Məmmədquluzadə).
3. Arxaizm. Əda etmək – icra etmək, ifa etmək, qılmaq. Şah .. şam və xüftən namazını əda etdi. (M.F.Axundzadə).

Həmçinin bax:

frazeologizm: əda çıxartmaq frazeologizm: əda satmaq frazeologizm: ədası yerə-göyə sığmamaq Azərbaycan dilinin izahlı lüğəti