1. Tərz, tövr, üslub; özünü aparma tərzi, hərəkət tərzi; adət, xasiyyət. □ Usta bunu elə bir əda ilə dedi ki, Azad ona baxıb düşündü. (S.Rəhman).
2. Naz, qəmzə, şivə, şıltaq. □ İçəlim, badə verir ruhə qida; Varsın, olsun məzəmiz işvə, əda! (H.Cavid).
3. İddia, təşəxxüs. □ Bunun ədasına bax!
4. İş, əməl. □ Ədası başqa, sözü başqa.
1. Arxaizm. Əda etmək – vermək, ödəmək, ödəyib qurtarmaq. □ Əgər vədə tamamında borcumu əda etməsəm, girovdan məyusam. (Ə.Haqverdiyev).
2. Arxaizm. Əda etmək – yerinə yetirmək. □ .Öhdəmizə götürdüyümüz .. vəzifəni əda etməkdə bacarığımızı və səyimizi əsirgəməyəcəyiz. (C.Məmmədquluzadə).
3. Arxaizm. Əda etmək – icra etmək, ifa etmək, qılmaq. □ Şah .. şam və xüftən namazını əda etdi. (M.F.Axundzadə).
See also: