alm. Operation Edelweiß < operation – əməliyyat + edelweiß – edelveys (dağ çiçəyi)
II Dünya müharibəsi gedişində Qafqazın, ilk növbədə, Bakı və Qroznı neft yataqlarının ələ keçirilməsini nəzərdə tutan hərbi direktivin kod adı.
Hitler tərəfindən 1942-ci il iyunun 23-də imzalanmış E.P.-nın həyata keçirilməsi almanların “A” ordu qrupuna həvalə olunub. İlkin mərhələdə almanlar xeyli irəliləyərək Qafqazın əsas dağ keçidlərini ələ keçiriblər. 1942-ci il avqustun 21-də Üçüncü Reyxin bayrağı Qafqazın ən uca zirvəsində – Elbrusda ucaldılıb. Lakin almanların hücumu davam etdirərək Cənubi Qafqaza girmək və Bakını ələ keçirmək planları uğursuzluqla nəticələnib.
Tarix terminləri lüğəti