Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

əfsanə

Şifahi xalq ədəbiyyatının janrlarından biri: qeyri-adi, möcüzəli və fantastik hadisələrin təsvir olunduğu əsər.

Əfsanələrdə, adətən, insan quşa, heyvana, səma cisminə çevrilir, təbiət varlıqları və hadisələri özlərini insan kimi aparır. Sehrli nağıllardan fərqli olaraq burada div, əjdaha kimi obrazlar olmur, insanlar, heyvanlar, səma cisimləri özləri qeyri-adi, fantastik gücə malik olurlar. Şifahi xalq ədəbiyyatımızda «Qu quşu», «Maral», «Oğuz» və s. əfsanələr var.

İbtidai siniflər üçün terminlər lüğəti