Ayrı-ayrı ərazilərdə, həmçinin bütünlüklə Yer kürəsində məskunlaşmış insanların cəmi.
Ə., əsasən, sayına, tərkibinə (yaşına, cinsinə, savadına, sosial və ailə vəziyyətinə, irqi, dini, etnik mənsubiyyətinə), sıxlığına, demoqrafik proseslərin (doğum, ölüm, artım səviyyəsi) intensivliyinə, miqrasiya fəallığına görə xarakterizə edilir. Ə. daim təzələnir, onun tədqiqi ilə demoqrafiya, demoqrafik statistika, etnoqrafiya, iqtisadiyyat (əmək münasibətləri), coğrafiya, təbabət, psixologiya, sosiologiya kimi elmlər məşğul olur.
Həmçinin bax: