Reklam
Reklam

Tarix terminləri lüğəti

el

1. Türkdilli xalqlarda bütöv tayfa və ya onun ayrı-ayrı qolları, nəsil.

2. Vətən, xalq, camaat.

1969-cu ildə Leninqradda işıq üzü görmüş “Qədim türk lüğəti”ndə E. termininin Mahmud Kaşğariyə əsaslanaraq daha bir izahı verilir: dövlət, inzibati vahid. V.Bartold, V.Radlov, V.Tomsen kimi tanınmış şərqşünaslar da E. sözünün “xalq”, “dövlət” anlamında işlənməsi tərəfdarı olublar. Bəzi yerli tədqiqatçıların fikrincə isə Səfəvilər dönəmində Azərbaycanda müxtəlif nəsil və tayfa qalıqlarından ibarət köçəri və yarımköçərilərin birliyinə E. deyilib. E. camaatını E. bəyləri idarə edib. Azərbaycanda yarımköçəri maldarlıqla məşğul olan E.-lər – bayatlar, qarapapaqlar, şahsevənlər və b. olub.

Həmçinin bax:

Tarix terminləri lüğəti