Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

əməl1 [əməl] isim ərəb

1. İş, hərəkət. Eşşək qulağından, ayı pəncəsindən, insan əməlindən tanınar. (Atalar sözü). Əməli olmayan alimin sözləri təsirsiz qalar. (Atalar sözü).
2. İcra, yerinə yetirmə. Elminə əməl etməyən alim əlində çıraq gəzdirən kora bənzər. (Atalar sözü).
3. Rəftar, hərəkət, iş. Əməlləri ilə hamını özündən incitdi. Öz əməlinə görə cəzasını alacaqdır.
4. Məcazi mənada: hiylə, kələk, biclik mənasında. Şeytan əməli. Bu sənin əməlindir.
5. Hesabda tətbiq edilən əsas qayda. Hesabda əsas dörd əməl var: cəmləmə, çıxma, vurma, bölmə.

əməl2 [əməl] isim ərəb 

Qayə, məqsəd, şiddətli arzu. Min bir əməl arxasınca qoşmağı; Dürlü-dürlü ürəklərdən öyrəndim. (M.Müşfiq).

Həmçinin bax:

frazeologizm: əmələ gəlmək frazeologizm: əmələ gətirmək frazeologizm: əməli ayağına çidar olmaq frazeologizm: əməli azmaq frazeologizm: əməli başını yemək frazeologizm: şeytan əməli Azərbaycan dilinin izahlı lüğəti