1. İş, hərəkət. □ Eşşək qulağından, ayı pəncəsindən, insan əməlindən tanınar. (Atalar sözü). Əməli olmayan alimin sözləri təsirsiz qalar. (Atalar sözü).
2. İcra, yerinə yetirmə. □ Elminə əməl etməyən alim əlində çıraq gəzdirən kora bənzər. (Atalar sözü).
3. Rəftar, hərəkət, iş. □ Əməlləri ilə hamını özündən incitdi. Öz əməlinə görə cəzasını alacaqdır.
4. Məcazi mənada: hiylə, kələk, biclik mənasında. □ Şeytan əməli. Bu sənin əməlindir.
5. Hesabda tətbiq edilən əsas qayda. □ Hesabda əsas dörd əməl var: cəmləmə, çıxma, vurma, bölmə.
Qayə, məqsəd, şiddətli arzu. □ Min bir əməl arxasınca qoşmağı; Dürlü-dürlü ürəklərdən öyrəndim. (M.Müşfiq).
See also: