İspaniyada Əndəlis tarixi vilayətinin adından
Silikatlar sinfinə aid rombik sinqoniyalı mineral.
Sütunvarı prizmatik kristallar və ya düzgün olmayan dənələr əmələ gətirir. Rəngi boz, qırmızımtıl-boz, çəhrayı olur. Şüşə parıltılıdır. Odadavamlıdır (1850°C). Metamorfik şistlər və qneyslər üçün xarakterik mineraldır, odadavamlı törəmə kvarsitlərdə, bəzi peqmatitlərdə və səpintilərdə də rast gəlir.
Coğrafiya terminləri lüğəti