Reklam
Reklam

İbtidai siniflər üçün terminlər lüğəti

era

İl hesabının başlandığı zaman, tarix başlanğıcı.

Yeni era İsa Məsihin anadan olduğu gündən, yəni Miladdan başlayır. Əgər biz «2016-cı il» deyiriksə, deməli, İsa peyğəmbərin anadan olduğu gündən 2016 il keçib. Ondan əvvəlki tarixi göstərmək üçün «eradan əvvəl» və ya «Miladdan öncə» ifadələri işlədilir; məsələn, Makedoniyalı İsgəndər Miladdan öncə 356-cı ildə anadan olmuşdur.

İbtidai siniflər üçün terminlər lüğəti