Kökü “igid” mənasını verən ər sözüdür. Kişi anlamında işlədilən ər sözü də yuxarıdakı ilə eyni olub. İndi Anadolu türkləri kişi əvəzinə erkək kəlməsini işlədirlər. “Bizdə filankəs erkək adamdır” cümləsi var və buradakı erkək elə igid anlamını əks etdirir. Ərən sözündəki ən şəkilçisi tarixən çoxluq bildirib, sonra mənasını dəyişib. Ərən “igidlər” demək olub, indi isə “igid” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti