Reklam
Reklam

Etimologiya lüğəti

ərən

Kökü “igid” mənasını verən ər sözüdür. Kişi anlamında işlədilən ər sözü də yuxarıdakı ilə eyni olub. İndi Anadolu türkləri kişi əvəzinə erkək kəlməsini işlə­dirlər. “Bizdə filankəs erkək adamdır” cümləsi var və buradakı erkək elə igid an­lamını əks etdirir. Ərən sözündəki ən şəkilçisi tarixən çoxluq bildirib, sonra mənasını dəyişib. Ərən “igidlər” demək olub, indi isə “igid” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti