1. Bir şəxsin ixlasına, sədaqətinə, səmimiyyətinə, doğruluğuna, düzgünlüyünə inam, vəfa, etimad, əmniyyət və bunlara əsaslanan münasibət. □ Dünya malına etibar yoxdur. (Atalar sözü). Sağ gözün sol gözə etibarı yoxdur. (Atalar sözü).
2. Klassik ədəbiyyatda ad, san, şərəf, hörmət, nüfuz mənalarında işlənmişdir. □ Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız. (M.Ə.Sabir).
3. Klassik ədəbiyyatda əhəmiyyət, məna kimi mənalarda işlənmişdir. □ Görmüşəm ləlini, lazımdı tökülsün qanım; Etibar olmaz əgərçi görələr qan yuxuda. (S.Ə.Şirvani).
4. “ilə” qoşması ilə – fərz edərək, ...nəzərə alaraq, ...əsasən, ...görə, ...kimi. □ Delfinlər quruluş və düşüncə etibarı ilə digər canlılardan fərqlənir, onlara göstərilən qayğını yadda saxlayır ve münasibət bildirir.
Həmçinin bax: