Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

etibar [e:tibar] isim ərəb

1. Bir şəxsin ixlasına, sədaqətinə, səmimiyyətinə, doğruluğuna, düzgünlüyünə inam, vəfa, etimad, əmniyyət və bunlara əsaslanan münasibət. Dünya malına etibar yoxdur. (Atalar sözü). Sağ gözün sol gözə etibarı yoxdur. (Atalar sözü).
2. Klassik ədəbiyyatda ad, san, şərəf, hörmət, nüfuz mənalarında işlənmişdir. Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız. (M.Ə.Sabir).
3. Klassik ədəbiyyatda əhəmiyyət, məna kimi mənalarda işlənmişdir. Görmüşəm ləlini, lazımdı tökülsün qanım; Etibar olmaz əgərçi görələr qan yuxuda. (S.Ə.Şirvani).
4. “ilə” qoşması ilə – fərz edərək, ...nəzərə alaraq, ...əsasən, ...görə, ...kimi. Delfinlər quruluş və düşüncə etibarı ilə digər canlılardan fərqlənir, onlara göstərilən qayğını yadda saxlayır ve münasibət bildirir.

Həmçinin bax:

frazeologizm: etibardan düşmək frazeologizm: etibarlı əllərdə olmaq Azərbaycan dilinin izahlı lüğəti