Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

əyləncəli media

Başlıca funksiyası audi­toriyanı əyləndirmək olan kütləvi informasiya vasitələri.

Ə.M.-ya, əsasən, kros­­s­vordlar, komikslər, lətifələr dərc edən nəşrlər, yalnız musiqili verilişlər, bədii filmlər, ovçular, turistlər, ekstremallar üçün proqramlar ya­yımlayan ixtisaslaşmış televiziya və radio kanalları aiddir. Bəzən əsas vəzifəsinin əha­lini məlumatlandırmaq və maarif­ləndirmək olduğunu bəyan edən ­te­leradiokanallar da auditoriyasını geniş­lən­dirmək, reklam cəlb etmək üçün daha çox əyləncəli proqramlara yer verir, faktik ola­raq Ə.M.-dan fərqlənmir.

Jurnalistika terminləri lüğəti