Başlıca funksiyası auditoriyanı əyləndirmək olan kütləvi informasiya vasitələri.
Ə.M.-ya, əsasən, krossvordlar, komikslər, lətifələr dərc edən nəşrlər, yalnız musiqili verilişlər, bədii filmlər, ovçular, turistlər, ekstremallar üçün proqramlar yayımlayan ixtisaslaşmış televiziya və radio kanalları aiddir. Bəzən əsas vəzifəsinin əhalini məlumatlandırmaq və maarifləndirmək olduğunu bəyan edən teleradiokanallar da auditoriyasını genişləndirmək, reklam cəlb etmək üçün daha çox əyləncəli proqramlara yer verir, faktik olaraq Ə.M.-dan fərqlənmir.
Jurnalistika terminləri lüğəti