yun. phalanx, phalangos – hərfi mənası: ağac gövdəsi, rulon
Qədim Yunanıstan, Makedoniya və Romada ağır silahlı piyadaların (hoplitlərin) sıx səflər şəklində xətti döyüş düzümü forması.
F., adətən, 8-16, nadir hallarda 25 cərgədən ibarət olub. Bilavasitə döyüşdə yalnız ilk cərgələr iştirak edib, arxa cərgələr isə onlara fiziki və mənəvi təzyiq göstərərək geri çəkilməyə qoymayıb. Güclü zərbə qüvvəsinə malik olan F.-nın manevr imkanları zəif olub. Bu səbəbdən də ondan, əsasən, düşmənin müdafiə xəttini yarmaq üçün istifadə edilib. F.-lar çox vaxt eyni xalq, tayfa, nəsil və ya ailənin nümayəndələrindən təşkil olunub.
Tarix terminləri lüğəti