alm. feldmarshall < feld – döyüş meydanı + marshall – marşal
Bir sıra dövlətlərin ordularında ali hərbi rütbə.
Baş sərkərdənin hərbi rütbəsi kimi F. ilk dəfə XIV əsrdə Tevton ordeninin yaratdığı dövlətdə tətbiq olunub, ardınca digər alman dövlətlərində (Saksoniya, Bavariya, Braunşveyq və s.), Avstriya imperiyasında, İsveç, Niderland, Böyük Britaniyada, digər ölkələrdə istifadə edilməyə başlanıb. Lakin sonradan bu rütbə əksər ölkələrdə ləğv olunub və hazırda iri dövlətlərdən yalnız Böyük Britaniya ordusunda qalır. Bununla belə, 1996-cı ildə Britaniyada da qərara alınıb ki, dinc dövrdə F. rütbəsi heç bir hərbçiyə verilməsin.
Tarix terminləri lüğəti